Novruzov Cahangir Mütəllib oğlu

Novruzov Cahangir Mütəllib oğlu 1954-cü il iyul ayının 31-də Bakı şəhərində doğulub.
Atası Novruzov Mütəllib Nəsrulla oğlu 1927-ci il ildə doğulmuş və uzun illər A.Zeynallı adına Bakı musiqi məktəbində muğam üzrə dərs demişdir. 1994-cü ildə vəfat etmişdir.
Anası Zeynalova Nəsibə Cahangir qızı 1916-ci ildə Bakıda doğulmuş və uzun illər Musiqili Komediya teatrında çalışmışdır. 2004-cü ildə vəfat etmişdir.
Novruzov Cahangir 1971-ci ildə orta məktəbi bitirdikdən sonra M.Əliyev adına incəsənət institutunun rejisorluq fakultəsinə daxil olub və SSRİ xalq artisti M.Məmmədovun rəhbərlik etdiyi sinifdə təhsil alaraq 1976-cı ildə həmən institutu bitirib. Diplom işini Musiqili Komediya teatrının səhnəsində G.Xudayevin «Sevgilimin anası» operettasını hazırlayaraq müdafiə edib. Eyni ildə təyinat alaraq həmin teatrda çalışmağa başlayıb.
1976-1977 illərdə əsgəri xidmətdə olub və xidməti bitirdikdən sonra yenə də Musiqili Komediya teatrına dönüb.
1979-cu ildə S.Rəhman adına Şəki Dövlət Dram teatrına quruluşçu rejissor vəzifəsinə təyin edilib. Bu teatrın səhnəsində həm də aktyor kimi bir çox rollar oynamışdır. 1981-ci ildə isə SSRİ Mədəniyyət Nazirliyinin Mədəniyyət adamlarını təkminləşdirmə İnstitutunun rəhbər işçilər fakultəsinə qəbul olunub və eyni zamanda da Moskva Malaya Bronnaya teatrında RSFSR-i xalq artisti pr. A.Efrosun rəhbərliyi altında staj keçməyə başlayıb. İki il ərzində bir çox əsərlərin quruluşlarında A.Efrosa asistentlik edib. 1983-cü ildə Moskvadakı təhsilini bitirərək Şəki teatrına dönüb.
1984-cü ildə SSRİ xalq artisti professor G.Tovstonoqovun yaradıcı labaratoriyasına qəbul olunub və hər il iki dəfə olmaq üzrə Peterburqda 1988-ci ilə qədər çalışmalarda iştirak edib.
1985-ci ildə Şəki teatrına baş rejissor vəzifəsinə təyin olunub. Orada çalışdığı illər ərzində teatrı Kazan, Daşkənd, Səmərqənd, Moskva və Praqa şəhərlərinə qastrol səfərlərinə götürüb. 1987-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təşkil etdiyi M.F.Axundovun 175 illik yubileyinə həsr olunmuş teatr festivalında hazırladığı «Müsyö Jordan və Dərviş Məstəli şah» əsəriylə birincilik mükafatını qazanıb.
1986-cı ildə Çexoslovakiyada keçirilən «Çeşskaya Buduyovutsa» gənc teatrlar festivalında jüri heyətinin üzvü kimi iştirak edib.
1988-ci ildə Parisdə keçirilən «Bovinyi» teatr festivalında fəxri juri heyətinin üzvü kimi iştirak edib.
1989-cu ildə Mədəniyyət nazirliyi tərəfindən Musiqili Komediya teatrına baş rejissor vəzifəsinə təyin olunub.
1990-cı ildə teatrın əsaslı təmir və yeni inşaata başlaması səbəbiylə Gənc tamaşaçılar teatrının rus bölməsinə baş rejissor olaraq təyin olunub.
1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi «I Mono tamaşalar festivalında» Şekspirin «Hamlet» əsəri motivləri əsasında hazırlanmış «Olum ya ölüm» tamaşası ilə birincilik mükafatı qazanıb.
1995-ci ildə Türkiyə Cumhuriyyətinə Universitetdə dərs demək üçün dəvət olunub. Hal hazırda Türkiyənin Adana şəhərində Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışmaqdadır.

 
 
:::: Anons ::::

Mayın 31-də Rusiyanın məşhur “Krasnoye Sormovo” gəmiqayırma zavodunda yeni RST22 layihəsi əsasında hazırlanan tankerinin təntənəli suya buraxılma mərasimi keçirilib...

Ətraflı

 
 Mükafatlar
 Mətbuatda
 Atası - Zeynəlov Cahanqir Məşədi Rza oğlu
 Oğlu - Novruzov Cahanqir Mütəllib oğlu
 “Nəsibə Zeynalova” tankeri
 Sayt haqqında
 
 
 
 
Azərbaycan Respublikasının xalq artisti
Nəsibə xanım Zeynalovanın 90 illik yubileyinə həsr olunur.
Designed by: FG