“Nəsibə Zeynalova” tankeri

PALMALI şirkətinə məxsus “Nəsibə Zeynalova” tankerinin təntənəli
suya buraxılma mərasimi keçirilib

“Nəsibə Zeynalova” bundan sonra dəniz sularında üzəcək. Ömrünün 60 ilini teatr və kinoya həsr edən parlaq ümumxalq aktrisa yəqin heç fikrinə gətirə bilməzdi ki, ölümündən sonra onu əbədilik gözləyir. Mayın 31-də Rusiyanın məşhur “Krasnoye Sormovo” gəmiqayırma zavodunda yeni RST22 layihəsi əsasında hazırlanan tankerinin təntənəli suya buraxılma mərasimi keçirilib. Bu tanker böyük bir pərəstişkar ordusunun sevimli aktrisası “Nəsibə Zeynalova” adını daşıyır. Nəsibə Zeynalova öz parlaq, bənzərsiz ifası ilə ömürlük yaddaşlarda həkk olunub, onun hər bir rolu, istər səhnədə, istər kinoda heyran edirdi. Hələ uzun illər dəniz sularına yaracaq müasir tankerə Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı, ömrünün 60 ilini səhnəyə həsr etmiş Nəsibə Zeynalovanın adı verilib. Mərasim iştirakçıları bu haqda danışır və aktrisa haqqında öz səmimi xatirələri ilə bölüşürdülər. Bu təntənəli an üçün çoxlu qonaqlar toplaşmışdı – İstanbuldan PALMALI şirkətinin nümayəndə heyəti: Rauf Əliyev (nəzarət və audit qrupunun vitse-prezidenti), Ramiz Məmmədov (kommersiya fəaliyyəti üzrə vitse-prezident), İqor Butov (böyük superинтендант), Vladislav Əliyev (donanmanın maliyyə təchizatı üzrə direktor köməkçisi), Fidan Quliyeva (Pal Mediya baş direktor vəzifəsinin icraçısı), Aytən Məmmədova (operator), eləcə də aktrisanın oğlu Cahangir Novruzov öz həyat yoldaşı Elnarə Zeynalova ilə, və gəminin “xaç anası” – aktrisanın adını daşıyan sevimli nəvəsi Nəsibə Əsgərova. Qonaqları Nijniy Novqorod əyalətinin və Sormovo inzibati rayonun rəhbərliyi, Krasnoe Sormovo zavodunun nümayəndələri və işçiləri səmimi qarşıladılar. Köhnə dənizçi ənənəsinə uyğun olaraq aktrisanın nəvəsi Nəsibə Əsgərova şampan şərabı şüşəsini gəminin göyərtəsinə çırpdı, bundan sonra gəmini dəniz və okean sularında uzun bir yol gözləyir. Tanker Aralıq, Qara və Baltik dənizlərində neft məhsullarını daşımaq üçün nəzərdə tutulub. Gəminin texniki parametrləri də güclü təsir bağışlayır: uzunluğu 139,95 m, eni – 16,60 m, göyərtəsinin hündürlüyü 6,0 m, suya oturma dərəcəsi çayda və dənizdə müvafiq olaraq 3,60 m və 4,60 metrdir, baş mühərrikin gücü 2x1200 kVt, istismar gücü – 10,5 dəniz mili. Tankerin layihəsi Odessa şəhərinin “Dəniz Mühəndisliyi Bürosu” tərəfindən hazırlanıb və o, beynəlxalq konvensiyaların bütün tələblərinə cavab verir və bütün beynəlxalq ekoloji standartlara uyğundur. Gəmidə layihələşdirmə mərhələsində ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq üçün əlavə təkmilləşdirmələr tətbiq olunub. Məhz buna görə “Yeni Armada” seriyasından olan bu tankerlərə Eko Layihə nişanı verilib. Ekoloji baxımdan təhlükəsiz olan gəmilər yük sahibləri, dəniz müdiriyyəti və liman rəhbərləri tərəfindən böyük etibara malikdirlər.
“Nəsibə Zeynalova” gəmisinə uzun ömür və dünya sularında uğurlar arzulayırıq.

 

 
 
:::: Anons ::::

Mayın 31-də Rusiyanın məşhur “Krasnoye Sormovo” gəmiqayırma zavodunda yeni RST22 layihəsi əsasında hazırlanan tankerinin təntənəli suya buraxılma mərasimi keçirilib...

Ətraflı

 
 Mükafatlar
 Mətbuatda
 Atası - Zeynəlov Cahanqir Məşədi Rza oğlu
 Oğlu - Novruzov Cahanqir Mütəllib oğlu
 “Nəsibə Zeynalova” tankeri
 Sayt haqqında
 
 
 
 
Azərbaycan Respublikasının xalq artisti
Nəsibə xanım Zeynalovanın 90 illik yubileyinə həsr olunur.
Designed by: FG